Koronavirusdan qorunmaq üçün ən yaxşı maska AÇIQLANDI

Koronavirusdan qorunmaq üçün ən yaxşı maska AÇIQLANDI
Sosial 434

Cərrahi maskalar ​​koronavirus infeksiyasına qarşı ən yaxşı müdafiə hesab olunur.

BAKU.WS xəbər verir ki, bu nəticəyə Avstraliyanın Yeni Cənubi Uels Universitetinin bir qrup alimi gəlib.

Alimlər üç növ maskanın effektivliyini müqayisə ediblər: bir qatlı, iki qatlı və üç qatlı cərrahi fərdi qoruyucu vasitələr.

Təcrübə zamanı alimlər virusun potensial daşıyıcıları tərəfindən mikroskopik damlaların dağılmasını izləmək üçün xüsusi hazırlanmış LED işıqlandırma sistemi və yüksək sürətli kameradan istifadə ediblər.

Tədqiqat göstərib ki, üç qatlı cərrahi maska infeksiyaya qarşı mübarizədə effektiv vasitə hesab olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər