Koronavirusa yoluxan şairdən vətəndaşlara çağırış - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda koronavirusdan müalicə alan şair Şəhriyar Del Gerani vətəndaşlara çağırış edib.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, o deyib ki, artıq bu xəstəliyə inanıb-inanmama müzakirə mövzusu olmamalıdır.
Çünki belə xəstəlik var və insanlar özlərini qorumalıdırlar.
Şair deyib ki, bu virusun şiddətli ağrıları var. Xüsusilə ilk günlər ölüm-qalım mübarizəsi aparmalı olursan.
Şəhriyar Del Geraninin müalicəsi yenicə açılışı olan ''Yeni Klinika''da aparılır. Şair səhhətinin dünəndən yaxşılığa doğru irəlilədiyini deyib. O, hazırda sağalma mərhələsindədir.
Qeyd edək ki, şairdən yenidən analiz götürüləcək. Onun nəticəsi neqativ olarsa və özünü yaxşı hiss edərsə, o, ambulator müalicə üçün evə buraxılacaq
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...