Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq xeyli müddətdir xəstəxanada müalicə alan müğənni Səyyad Əlizadədən xəbər var.
Sənətçinin hazırkı vəziyyəti ilə bağlı BAKU.WS-ə açıqlama verən qohumu Razim Qarayev ifaçının səhhətinin yaxşılaşmağa doğru getiyini bildirib:
“Səyyad bəyin vəziyyətində müəyyən irəliləyişlər var. Baxmayaraq ki, yenə də aparata qoşuludur. Amma həkimlər onun səhhətinin əvvəlkindən dəfələrlə yaxşı olduğunu qeyd ediblər.
Tibb işçiləri Səyyad bəyin yaxşılaşması üçün əllərindən gələni edirlər. Hazırda onun müalicəsi davam etdirilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl “ECMO” cihazına qoşulan sənətçinin vəziyyətinin ağır olaraq qaldığı və səhhətində heç bir dəyişiklik olmadığı bildirilirdi.
Oxşar xəbərlər
Amerikalı həkim koronavirusdan xilas olmağın yolunu açıqladı - MÜSAHİBƏ
BAKU.WS ABŞ-ın tanınmış həkim anestezioloq-reanimatoloqu İsmail Abadan Mehrinin “Report”un xüsusi müxbirinə müsahibəsini təqdim edir: - Hazırda koronavirus pand...