Koronavirusa yoluxan Fərəh Əliyeva izolyasıyadadır - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın profilaktik baxımdan verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi müsbət olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Fərəh Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.
COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.
Hazırda Fərəh Əliyevanın vəziyyəti stabildir, hər-hansı bir şikayəti, xəstəlik simptomları qeydə alınmayıb.
Oxşar xəbərlər
Bakıda vətəndaşın koronavirus testi ilə bağlı RƏSMİ AÇIQLAMA
Referans Klinik Laboratoriya Mərkəzi vətəndaşın COVID-19 testinin cavabı ilə bağlı açıqlama yayıb. BAKU.WS xəbər verir ki, mərkəzdən "Report"a daxil olan açıqla...