Koronavirusa görə Azərbaycanda daha iki məktəb distant təhsilə keçdi

Koronavirusa görə Azərbaycanda daha iki məktəb distant təhsilə keçdi
Sosial 133

Azərbaycanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən Kəlbəcər rayon məkəblərində son 3 ayda 97 nəfərdə koronavirus infeksiyası aşkar olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, koronavirus aşkarlanan şəxslərdən 45 nəfəri şagrid, daha 52 nəfəri isə pedaqoqdur.

Profilaktik tədbirlər çərçivəsində Bərdə rayonunda fəaliyyət göstərən 104 nömrəli və Samux rayonunda əsasən 88 nömrəli məktəblər distant təhsilə keçib.

Bundan əlavə, Bakı şəhərində 15, Gəncə şəhərində də eyni sayda tədris müəssisəsi distant fəaliyyət göstərir. Şagirdlər arasında yoluxma faktları 7-ci və daha yuxarı sinif şagirdlərində aşkar edilib.

Pedaqoqlarda isə daha çox 50 yaşdan yuxarı müəllimlərdə COVİD-19 virusu tapılıb. Məlumat üçün bildirək ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan 77 məktəbdə əyani tədris davam etdirilir. Hansı ki, bu orta tədris müəssisələri ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər