Koronavirus xəstəsi yas mərasimində SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda evi tərk edən COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.
Polis şöbəsinin əməkdaşları tərəfindən İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Oxşar xəbərlər
Yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsinə cinayət işi açıldı - FOTO
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər nəticəsində koronavir...