Qubada evi tərk edən COVID-19 xəstəsi saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba rayonu Qaraçay kənd sakini Ü.Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ü.Allahverdiyevanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Oxşar xəbərlər
Həkimlərə koronavirusa görə əlavə maaş verilmir? - RƏSMİ CAVAB
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə müddətli əlavənin verilməməsi iddia edilib. Bununla bağlı BAKU.WS-...