Koronavirus testindən keçən şəxslər rayonlara gedə bilərlər - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 13 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimində müəyyən yumşalmalar tədbiq edilir. Belə ki, avqustun 18-də açıq havada olan ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib.
Bu gün hər kəsi maraqlandıran məsələ rayonlara gediş-gəlişə nə zaman icazə verilməsidir. Koronavirus testindən keçən şəxslərin rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?
BAKU.WS xəbər verir ki, bununla bağlı “sonxeber.az”a danışan deputat Ramil Həsən bildirib ki, müəyyən yumşalma prosesləri getdiyinə görə Bakı şəhərində çimərliklərdə, restoranlarda və iaşə obyektlərində insanların sıxlığı müşahidə olunur:
"Sıxlığı təbii yollarla, yəni havaların isti keçməsini nəzərə alaraq və pandemiya şəraitinə uyğun müəyyən edilmiş qaydalara əməl edilməklə insanların rayonlara getməsinə şərait yaradılmaldır.
Təbii ki, bu, Bakı şəhərində sıxlığın və basabasın aradan qaldırılmasına da müəyyən dərəcədə kömək edəcək. Eyni zamanda bu, insanlarımızın istirahət etməsi ilə yanaşı Bakı şəhərini boşaltmasına və buradakı restoranlarda, iaşə obyektlərində virusun yayılmasının qarşısının alınması üçün də effektli olar.
Burada əsas hansı çərçivədə insanların rayonlara buraxılması məsələsidir. Bu barədə mütəxəssislər daha doğru qərar verə bilərlər".
Deputat qeyd edib ki, vətəndaşlarımızın rayona gedib istirahət mərkəzlərində qalmaq və kirayə ev tutmaq üçün müəyyən qədər maddi imkanı, yəqin ki, vardır. İnsanlarımız koronavirus testindən keçərək rayonlara gedə bilər.
Əlbəttə, analizin qiyməti normal standartlarda olmaq şərti ilə. Polis postlarında koronavirus testinin nəticəsini göstərməklə rayonlarda koronavirusun yoluxma sayının artma ehtimalını sıfıra endirmək mümkündür. Təbii ki, bunlar müxtəlif təkliflərdir.
Hesab edirəm ki, Operativ Qərargahdakı mütəxəssislər bu təkliflərin hansının daha doğru olduğunu bizdən yaxşı bilirlər.
Biz təkliflərimizi bölüşürük. Dövlətimizin əsas məqsədi insanlarımızın təhlükəsizliyini və sağlamlığını qorumaqdır.
Ondan sonra isə vətəndaşın istirahət hüququnun təmin edilməsi, sosial və iqtisadi cəhətdən düşmüş olduğu problemdən çıxarılması və digər amillər də nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Rayonlara gediş-gəliş açılırmı?
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət...