Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlarının xəstəliyə yoluxmasından qorxub məktəbə göndərmək istəməyən valideynlərin də mənafeyi nəzərə alınıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, həmin valideynlər məktəbə yaxınlaşıb rəhbərliklə danışmalıdırlar:
“Belə ki, məktəb rəhbərliyinə bu hallar üçün hazırlanan xüsusi iltizam forması təqdim edilib. Valideynlər bu iltizam formasını imzalayırlar.
Bunu imzalayan valideyn öz övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsinə təminat verir.
Bütün bu məsuliyyəti öz üzərinə götürməklə valideyn övladının əyani dərslərdə iştirakından imtina etdiyini bildirmiş olur.
Əgər buna rəğmən şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.
Oxşar xəbərlər
Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlanıb
Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma...