Koronavirus nə vaxt yox olacaq? - Azərbaycanlı professor AÇIQLADI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər əhali populyasiyasının təxminən 2/3 hissəsində immunitet yarada bilsək koronavirus aramızdan yox ola bilər".
BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri Prof. Akif Qurbanov Xəzər TV-yə deyib.
Onun sözlərinə görə, vaksinasiya hesabına vətəndaşların yalnız müəyyən qismində COVİD-19-a qarşı immunitetin yaradılması nəzərdə tutulur. Çunki bu xəstəliyi keçirən şəxslərdə virusa qarşı artıq immunitet formalaşıb.
"Koronavirusa yoluxmamış qismdə isə virusa qarşı immunitet yaranmasına nail ola bilsək, pandemiya aramızdan gedə bilər. Vaksin vurulan şəxslərin 91-92%-i bu xəstəliyə yoluxub xəstələnməyəcək.
Vaksin vurulan 8% qismdə xəstələnmə halları olsa da, onlar bu xəstəliyi çox yüngül, fəsadsız keçirəcək", - Prof. Akif Qurbanov əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...