Koronavirus dondurulmuş ərzaq məhsullarında nə qədər aktiv qalır?
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus dondurulmuş ərzaq məhsullarında ən azı üç həftə qala bilər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Sinqapur tədqiqatçılarının “Biorxix.org” elmi saytında dərc etdikləri məqalədə bildirilir.
Məqalə müəlliflərinə görə, SARS-CoV-2 virusu beynəlxalq ərzaq ticarəti qaydalarının təsbit etdiyi daşıma şərtləri çərçivəsində hərarətə tab gətirə bilir.
Belə ki, standart soyutma hərarəti olan müsbət 4 dərəcədə, yaxud standart dondurulma hərarəti olan mənfi 20 dərəcədə toyuq, qəzəlbalıq, donuz ətinə virus qatıldıqdan 21 gün sonra (standart daşıma müddəti) virusun yoluxma qabiliyyətinin zəifləməsi qeydə alınmayıb.
Müəlliflərin qənaətincə, koronavirusa ərzaqdan yoluxma ehtimalına qarşı tədbirlər qida sənayesində təmizlikdən başlamalıdır. O cümlədən ərzaqla təmasda olan səthlər, ləvazimat və avadanlığın təmizliyinə xüsusi diqqət yetirilməli, işçilər tez-tez əllərini yumalıdırlar.
Xatırladaq ki, bu yaxınlarda Çinə Braziliyadan idxal edilən dondurulmuş toyuq qanadlarında, Ekvadordan gətirilən karidesin paketi üzərində koronavirus tapılmışdı.
Oxşar xəbərlər
Baş pulmonoloq koronavirus haqda dəhşətli sirləri açdı - Belə bir şey görməmişdik
Rusiyada artıq 68 mindən çox insan koronavirusa yoluxub və epidemiyanın azalmağa doğru getməsi hələlik müşahidə olunmur. BAKU.WS xəbər verir ki, Rusiya Səhiyyə...