Koreya serialı 2018-ci ildə koronavirus barədə xəbər verib - VİDEO

Koreya serialı 2018-ci ildə koronavirus barədə xəbər verib - VİDEO
Video
Sosial 428

"Netflix"də yayımlanan Cənubi Koreya istehsalı olan 2018-ci ilin "Terius arxamda" ("My Secret Terrius") serialında koronavirus pandemiyası dəqiqliyi ilə təsvir olunub.

BAKU.WS xəbər verir ki, serialda epizodların birində müxtəlif viruslarla əlaqəli ölümcül bir xəstəlikdən bəhs olunur.

Sonda məlum olur ki, bu, COVID-19-un yayılmasına çox bənzəyir.

"Koronavirus tənəffüs sistemini sıradan çıxarır. Ən pisi odur ki, onun inkubasiya müddəti iki gündən iki həftəyə qədərdir. Virus beş dəqiqə ərzində ağciyərləri yoluxdurur", - deyə serialda virus barədə danışarkən həkim bildirir.

Müalicə ilə bağlı cavab isə belə olur: "Hazırda onun üçün müalicəsi yoxdur və peyvəndi də mövcud deyil".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər