Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.
Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.
Qeyd edək ki, Rzayev Rəşid Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəridir. Otari Qvaladze və Fərhad Tutayuk isə hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında çalışırlar.
Oxşar xəbərlər
Masazır sakinlərinin YOL PROBLEMİ: "Belə yaşayış olar?!"
Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsi, 40 ünvanında yaşayan bir qrup sakin oradakı yolların vəziyyətindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə,...