Komitə sədri: "Rayonlarda ilkin tibbi yardım pis vəziyyətdədir"

"Bölgələrdə tibb məntəqələrinin binaları, vəziyyəti acınacaqlı vəziyyətdədir".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Mən rayonlara səfər etdim və tibb məntəqələrinin vəziyyətini gördüm. Orada olan cihazlar sovetdənqalmadır, rayonlarda kadr çatışmazlığı var. İlkin tibbi yardım məsələsi gündəmə gəlməlidir. Rayonlarda ilkin tibbi yardım pis vəziyyətdədir, bu məsələ qaldırılmalı və həllini tapmalıdır. Bu problemi daha da dərinləşdirən məsələ 65 yaşı tamam olmuş həkimləri təqaüdə göndərməklə bağlıdır", - deyə komitə sədri vurğulayıb.
Oxşar xəbərlər
Bakıda falçı 74 min manatı necə alıb? - "7 yumurtaya 200 manat verdim"
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərç...
