Komendant saatı tətbiq ediləcəkmi? – RƏSMİ AÇIQLAMA - VİDEO

Komendant saatı tətbiq ediləcəkmi? – RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Sosial 6595

“20 apreldən sonra komendant saatının tətbiq edilməsi ilə bağlı göstəriş yoxdur”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur:

“Saat 9-dan sonra küçəyə çıxmamaqla bağlı Daxili İşlər Nazirliyinin tövsiyəsini konteksdən çıxarırlar. Həyati əhəmiyyətli strukturlarda işləyən insanların çölə çıxmaq icazəsi var. Amma bəziləri bu icazədən sui-istifadə edirlər, iş olmayan günlərdə də küçədə dolaşanlar olur. Tövsiyə olunub ki, bu icazədən sui-istifadə edilməsin”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər