Kolleclərə plan yerləri 98.82 faiz dolub
Yeniliklərdən dərhal xəbərdar olun
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22 min 218 şəxs ixtisas seçimi edib.
Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə bildirilib ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 981 nəfər (o cümlədən 824 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11 min 691 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.82 faiz dolub. Cəmi 140 yer (1.18 faiz) boş qalıb. Bu yerlər də xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir (və əlillər üçün 478727 kodlu ixtisas).
Xatırladaq ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başla...