Köhnə liftlərdə yaranan problemlər: Nasazlıq zamanı sərnişinlər nə etməlidirlər?

Köhnə liftlərdə yaranan problemlər: Nasazlıq zamanı sərnişinlər nə etməlidirlər?
Video
Sosial 12

Hazırda paytaxtdakı çoxmərtəbəli binaların bir çoxunda sakinlərin ciddi narahatlıqlarından biri də liftlərdə yaranan nasazlıqlar zamanı kömək çağırmaq imkanının məhdud olmasıdır.

Kabinələrdə hər hansı təcili çağırış düyməsi olmadıqda sərnişinlər hansı quruma və necə müraciət edəcəklərini bilmirlər.

"Lifttəmir" İstehsalat Birliyinin (İB) Texniki nəzarət şöbəsinin mühəndisi Tural Salmanzadə bildirib ki, son illərdə Bakıda quraşdırılmış 1 354 dəst liftdə mərkəzi dispetçer sistemi tətbiq olunub:

"Sovet dönəmindən qalan liftlərdə isə bu sistem mövcud deyil. Həmin liftlərdə hər hansı nasazlıq üzündən sərnişin içəridə qalarsa, yalnız kabinədə qeyd olunan əlaqə nömrələrinə zəng etmək və ya bayırdakıları köməyə çağırmaq lazım gəlir. Gələcəkdə yenisi ilə əvəz olunacaq liftlərdə mərkəzi dispetçer sisteminin qurulması tərəfimizdən mütləq bir tələb kimi irəli sürülür".

Sumqayıtda isə artıq 10 ilə yaxındır ki, belə bir mərkəzləşdirilmiş sistem fəaliyyət göstərir. Liftdə hər hansı nasazlıq baş verərsə, mərkəzi sistemdə problem dərhal vizual olaraq görünür və operativ müdaxilə edilir.

Sumqayıt "Lift-Servis" Birliyinin direktor müavini Zaur İsmiyev Baku TV-yə sistemin iş prinsipini belə izah edir:

"Liftlərin vəziyyəti 24 saat ərzində izlənilir. Nasazlıq barədə məlumat ilk olaraq Mərkəzi Dispetçer Xidmətinin əməkdaşlarına daxil olur və sistem tərəfindən avtomatlaşdırılmış rejimdə qeydə alınır. Bundan sonra ilkin müdaxilə tədbirlərinə başlanılır. Dispetçer əməkdaşı liftdəki dayanma problemini və yaranmış vəziyyəti məsafədən aradan qaldırmaq üçün addımlar atır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər