Köhnə avtomobili olanlara SEVİNDİRİCİ XƏBƏR - Güzəştlər olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir və vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
O vurğulayıb ki, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası könüllüdür.
“Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər.
Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istahsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək”.
Q.Həsənova qeyd edib ki, beynəlxalq təcrübədə bir çox ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək, uğurlu nəticələr əldə olunub.
Oxşar xəbərlər
Maşınınızı tullantı kimi satsaz, nə qədər qazanacaqsız?
Hələ ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər...