Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda ekoloji təmizliyi qorumaq məqsədilə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb. Sənəd layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilib”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, təkliflər müzakirə olunub: “İki dəfə sənəd layihələrində zəruri dəyişiklik edilib. Hazırda sonuncu mərhələdəyik.
Müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələri baxılması üçün Nazirlər Kabinetinə göndərəcəyik”.
Oxşar xəbərlər
Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı SƏRƏNCAM
Baş nazir Əli Əsədov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərman...