KOBİA: "Tikinti sektorundan müxtəlif müraciətlər daxil olur"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda tikinti məqsədli xammal ehtiyatlarından istifadə qaydalarının qəlizliyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciətlər daxil olur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu KOBİA-nın sədr müavini Natiq Həsənov Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
"Tikinti sektoru digər sahələrin inkişafina da səbəb olur. Bu sektorun iqtisadiyyatda yaratdığı dəyər aspektindən yanaşsaq xammal ehtiyatlarından istifadə əlçatan olmalıdır. KOBİA-ya həmçinin tikinti sektorunda fəaliyyət göstərənlərdən güzəştli maliyyə mənbələrinə çıxışların məhdud olması bağlı müraciətlər daxil olur: Bu sahədə maliyyə mənbələrinə çıxış da əlçatan olmalıdır", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Zahid Oruc: "Bir mənzilin bir neçə nəfərə satılması problemi həllini tapmayıb"
Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılması problemi sona qədər həllini tapmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mər...