Kıvanç Tatlıtuğun COVİD-19 testinin nəticəsi açıqlandı

02
apr
2020
09:21
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən türkiyəli aktyor Kıvanç Tatlıtuğun COVİD-19 testinin nəticəsi açıqlanıb.BAKU.WS xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə məlumat verib:
“Yüksək hərarət və öskürək şikayətilə getdiyim xəstəxanada ağciyərimdə yüngül sətəlcəm aşkar edildi. Buna görə də həkimlərin müşahidəsi altına alındım. Koronavirus testimin nəticələri isə neqativ çıxdı. Son müayinələrdən sonra lazım olarsa, müalicəmi evdə davam etdirəcəyəm”.
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğ koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Məşhur türk aktyor Kıvanç Tatlıtuğ koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Tatlıtuğ özünü yaxşı his...
