Kişilər nə üçün alimentdən "qorxurlar"?

Aliment mövzusu ətrafında yaranan qorxu və stereotiplər cəmiyyətin düşüncə tərzindən qaynaqlanır.
Bunu klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, insanlar evliliyi necə həyatın təbii mərhələsi kimi qəbul edirlərsə, boşanmanı da normal bir proses kimi qəbul etməlidirlər:
"Aliment ödəmək də bu prosesin təbii hissəsidir. Əks halda, kişi üçün aliment sanki ağır yük, qadın üçün isə planlı addım kimi görünür. Halbuki, ailə qurulduqda gündəlik xərclər alimentdən dəfələrlə çox olur", – deyə ekspert vurğulayıb.
Psixoloq bildirib ki, Azərbaycanda kişilərin aliment ödəməsi daim müzakirə olunur, amma qadınların aliment ödəməsi gündəmə gətirilmir. Bunun əsas səbəbi uşaqların çox vaxt anaya verilməsi ilə bağlı formalaşmış mentallıqdır:
"Qanun uşağın mütləq anaya verilməsini tələb etmir. Bu sadəcə cəmiyyətin illərlə formalaşmış yanaşmasının nəticəsidir", – deyə Rövşən Nəcəfov qeyd edib.
Onun sözlərinə görə, "Qadınlar alimentə görə boşanır" fikri də sadəcə bir klişedir:
"Belə hallar ola bilər, amma bu, ümumi mənzərəni dəyişmir. Cəmiyyət klişeləri sorğulamaqdan çəkinir. Çünki bunu edənlər qınaqla, qərəzlə və ictimai basqı ilə qarşılaşa bilərlər. Əslində, evlilik yalnız sevgi və xoşbəxtlik üzərində deyil, boşanma ehtimalını da nəzərə alaraq, rasional seçimlər üzərində qurulmalıdır. Bu yanaşma həm kişini, həm də qadını qoruyur", – deyə ekspert əlavə edib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakının hansı küçələrində sıxlıq var?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...
