Kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO

Kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
Video
Sosial 703
Noyabr ayı olsa da, kirayə mənzil bazarında hələ də payızın əvvəllərində olan vəziyyət hökm sürür. Yəni qiymətlər yüksək olaraq qalmaqdadır. Buna görə də mənzil axtarışında olanlar uyğun qiymətə kirayə ev tapa bilmir. Kirayə mənzil bazarında ev axtarışına çıxanlar məyus qayıdır. Xüsusilə də tələbələr bu məsələdə çətinlik çəkir. Dərslərin bir neçə aydır ki, başlamasına baxmayaraq, onlar hələ də öz ciblərinə uyğun ev tapa bilmirlər. Ekspertlər də təsdiq edir ki, kirayə mənzillərin qiymətində enmə müşahidə olunmur. Yaxın zamanda da ucuzlaşma gözlənilmir. Kirayə evlərin qiyməti şəhərin mərkəzində adətən 300-400 manat arasında dəyişir, bu da nəinki bölgələrdən paytaxta üz tutan tələbələrin, həm də ailəvi yaşamaq istəyənlərin ciblərinə uyğun deyil. Ekspertlərin fikrincə, ölkəyə turist axınının artması kirayə mənzil bazarındakı qiymətlərə da təsir edir. Turistlərin sayının artması ölkə üçün nə qədər yaxşı olsa da, yataqxanaların sayının az olduğu bir şəhərdə tələbələrin ev tapmaması bir o qədər də pis haldır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Evlər Bakının daha çox bu ərazisində satılır

Evlər Bakının daha çox bu ərazisində satılır

Yay mövsümündə Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb - 25 faiz.BAKU.WS-in məlumatına görə, Bu barədə T...

1361 Sosial 20:35 19 sentyabr 2019

Son xəbərlər