İkinci Qarabağ müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaq
26
yan
2021
12:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaqlar.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.
B.Hüseynov əlavə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib.
Oxşar xəbərlər
Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası təsdiq edilib
Nazirlər Kabineti “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nı təsdiq edib. BAKU.WS xəbər verir ki, Baş nazir...