Kimsəsiz və evsizlərə necə kömək edək? - RƏSMİ AÇIQLAMA

Kimsəsiz və evsizlərə necə kömək edək? - RƏSMİ AÇIQLAMA
Foto
Sosial 205

Havalar soyumağa başldıqca evsiz, kimsəsiz və küçədə yaşamaq məcburiyyətində qalan insanların problemi daha qabarıq görünməyə başlayır.

BAKU.WS-in məlumatına görə, bu kateqoriyaya aid insanlar əsasən körpülər, tunellər, keçidlər və s. yerlərdə özlərinə sığınacaq taparaq orada gecələməyə çalışırlar.

Zaman-zaman müxtəlif yerlərdə rast gəldiyimiz bu şəxslərin bəzən onlar üçün ayrılan sığınacaqlardan xəbərləri olmur. Məlumatsız olur ki, əslində dövlət bu şəxsləri himayəsi altına alır. Bəzən sadə vətəndaşlar da kimsəsiz və evsiz şəxslərə necə kömək edəcəyini bilmirlər.

Azərbaycanda evi olmayan, küçədə yaşamaq məcburiyyətində qalan, imkansız, kasıb və fəqir şəxslərin sığınacaqa yerləşdirilməsi necə həyata keçirilir? Ümumiyyətlə bu kimi hallar olarkən sığınacağa yerləşdirmək üçün nə etmək lazımdır? Hara zəng etmək lazımdır?

Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir:

"Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir.

Müəssisəyə qəbul olunanlara burada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir.

Sığınacağa qəbul qaydalarına uyğun olaraq şəxs müəssisəyə qəbul edilməmişdən əvvəl onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəsisəsi tərəfindən yoxlanılır. Həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur.

Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya "DOST" mərkəzləri vasitəsilə aparılır.

Həmçinin vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.

Müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbələrində bu ilin yanvar-oktyabr ayları ərzində 113 nəfərə xidmət göstərilib. Onlardan 60 nəfəri müəssisəyə bu il qəbul edilib. Hazırda 55 şəxs burada dövlət qayğısı ilə əhatə olunur".

Orxan Hüseyn

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bu gün 10:00-dan bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu gün 10:00-dan bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. BAKU.W xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb. Bildirilib...

75 Sosial 06:49 05 noyabr 2024

Son xəbərlər