Kişilərdə olan bu hallar xərçəng əlamətidir
30
sen
2018
10:43
Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər.BAKU.WS Publika.az-a istinadən bu yazıda oxucuları kişilərdə rast gəlinən xərçəng əlamətləri ilə tanış edir:Testislərdə dəyişikliklərTestislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.Tez-tez sidiyə çıxmaBu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.Nəcisdə qan görülməsiNəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası, bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxil edir.Səbəbsiz ağrı və yorğunluqXərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.Ağız yaralarıSiqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.Limfada şişkinlikBoyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.Çətin udmaqYemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin.Digər əlamətlərMədə yanmasıHərarətSinədə dəyişikliklərSəbəbsiz və ani çəki itkisiÖskürəkDəridə dəyişikliklərBAKU.WS
Oxşar xəbərlər
Baş pediatrdan valideynlərə VACİB XƏBƏRDARLIQ – DİQQƏTLİ OLUN!
Son günlər ölkədə uşaqlar arasında bağırsaq infeksiyaları ilə bağlı xəstəxanalara müraciət artıb. BAKU.WS xəbər verir ki, əsas şikayətlər ishal, qusma halları v...