Keşlə çirkab sulardan təmizlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 5-i və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Nixami Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Xatırladılıb ki, Bakı dairəvi magistral kollektorunda suyun kəskin artması və qəsəbənin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ciddi fəsadlar yaranmışdı.
Bildirilib ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.
BHİŞ-dən vurğulanıb ki, həmçinin gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər göndərilib.
Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.
Qalereya
Oxşar xəbərlər
Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı
Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, şagirdlərin...