"Kənddən Şəhərə" yarmarkasında satıcılara nə pulsuz təqdim olunur?

Kənddən Şəhərə yarmarkasında satıcılara nə pulsuz təqdim olunur?
Açıqlama
Sosial 19

Son aylarda kənd təsərrüfatı sektorunda baş verən yeniliklər xüsusilə fermerlər arasında böyük maraq doğurur. Məhsulların bazara daha sərfəli qiymətlərlə çıxarılması, satış kanallarının genişləndirilməsi və vasitəçi xərclərinin azaldılması ilə bağlı müzakirələr gündəmdə qalmaqda davam edir.

BAKU.WS-in məlumtına görə, bu fonda "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Bakıda təşkil edilən kənd təsərrüfatı yarmarkalarının rolu cəmiyyətin diqqət mərkəzinə çevrilib.

Fermerlərin bazara çıxış imkanları, onların əldə etdiyi real fayda və yarmarkalarda iştirak dinamikası həm mütəxəssislər, həm də istehlakçılar tərəfindən yaxından izlənilir.

"Aqrar Tədarük və Təchizat İdarəsi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nilüfər Mustafaqızı BAKU.WS-ə bildirib ki, fermerlərin "Kənddən Şəhərə" yarmarkalarında məhsullarını satmaları üçün piştaxta, tərəzi, önlük və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar:

"Bildirmək istəyirik ki, 2025-ci il dekabr ayının 3-nə kimi 22 "Kənddən Şəhərə" həftəsonu yarmarkası keçirilib, ümumilikdə 130-a yaxın fermer öz məhsullarını satışa çıxarıb. Əlavə olaraq 18 oktyabrdan 11 noyabra qədər 25 gün bal yarmarkası keçrilmişdir və 284 nəfər arıçı fermer iştirak edib".

Orxan Hüseyn

Son xəbərlər