Kəmalə Ağazadəni ölümlə hədələyirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, feysbuk səhifəsində izləyicilərinə səslənərək ölümlə hədələndiyi bildirib:
"Əziz dostlar! Son günlər fəaliyyətimlə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunuram, ölümlə hədələnirəm. Mütəmadi olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin məzmunu həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir".
Ağazadə şantajların bir neçə gün əvvəl 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başladığını qeyd edib.
Oxşar xəbərlər
Xarici pasportların alınması və itirilməsinə görə bu gündən yeni rüsumlar tətbiq olunacaq
Bu gündən Azərbaycanda xarici pasportların alınması və itirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq. BAKU.WS xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" Qan...