Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə...
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir addım atılır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı və Sumqayıt şəhərləri, eləcə də Biləsuvar rayonunda salınmış keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri ilə bağlı yeni tender elan edib.
Layihə çərçivəsində qəsəbələrdə bir sıra bərpa və yenidənqurma işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Komitəsinin bu addımı keçmiş məcburi köçkün ailələrinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, uzun illərdir istifadə olunan mənzillərin yenilənməsi və təhlükəsizliyin artırılmasına yönəlib. Təmir işləri başa çatdıqdan sonra qəsəbələrdə daha komfortlu və dayanıqlı yaşayış mühiti yaradılacağı gözlənilir.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...