Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində təmir işləri həyata keçirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, ümumi işlərin dəyəri 1,4 milyon manatdan çox qiymətləndirilir.
Layihə çərçivəsində mənzillərin, fərdi evlərin və binaların dam örtüyü, həmçinin qəsəbədaxili çınqıl yolların təmiri nəzərdə tutulub. Bundan əlavə, daxili divarlarda köhnə oboy və kley qalıqları təmizlənəcək, taxta döşəmələrin rəngi qaşınıb yenilənəcək, plintuslar və yararsız qapılar söküləcək.
Bu layihənin əsas məqsədi məcburi köçkünlərin yaşadığı binaların təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Təmir işləri nəticəsində yaşayış şəraiti yaxşılaşdırılacaq, dam örtüklərindəki problemlər aradan qaldırılacaq və obyektlərin ümumi dayanıqlığı artırılacaq. Bu da məcburi köçkün ailələrinin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan verəcək.
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda və bu bölgələrdə yaşayanların NƏZƏRİNƏ - Hava XƏBƏRDARLIĞI EDİLDİ
Mayın 15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. BAKU.W...