Keçmiş nazir öz oğlundan imtina etdi: "Pərişanam" - FOTO

Keçmiş nazir öz oğlundan imtina etdi: Pərişanam - FOTO
Foto
Sosial 3417
Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.BAKU.WS xəbər verir ki, o, bu qərarını sosial şəbəkədə bəyan edib.Quliyev bildirib ki, ailəsi Murad Quliyevdən imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq məcburiyyətində qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətimlə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividendlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.Məlumata görə, bu addımı atmağa Quliyevi Amerika Birləşmiş Ştatlarına köçmüş oğlu Mone Quliyevin “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibəsi vadar edib.Zülfiyyə Qurbanova
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər