Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20
sen
2018
12:43
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub. BAKU.WS xəbər verir ki, bu barədə politoloq Azər Rəşidoğlu öz "Facebook" profilində məlumat yayıb."Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. Rasimi 30 ildir tanıyıram və onun Heydər Əliyev fanatı olduğunu bilirəm" — deyə A.Rəşidoğlu bildirib.Rəşidoğlunun yazdığına görə, E.Əzizovun bu qərarı birmənalı qarşılanmayıb. Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib. Quliyev hələlik bu təklifə razılıq verməyib.Xatırladaq ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Bakı Meriyasının daha bir şöbə müdiri vəzifədən azad edildi
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib.BAKU.WS “re...