Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Martın 26-dan 27-dək şəhər çıxışlarında quraşdırılan keçid postlarından 742 nəqliyyat vasitəsi regionlara qaytarılıb”.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:
“Bizdə sərnişinlərin sayı ilə bağlı dəqiq hesablama aparılmır. Lakin martın 26-dan 27-dək ümumilikdə şəhər çıxışlarında quraşdırılan keçid postlarından 1590 avtomobil geri qaytarılıb. 742 nəqliyyat vasitəsi region istiqamətlərinə, 848 avtomobil isə şəhər istiqamətinə qaytarılıb.
Onu da qeyd edim ki, martın 19-dan bu günə qədər şəhər çıxışlarında quraşdırılan keçid postlarından rayon istiqamətinə qaytarılan nəqliyyat vasitələrinin sayı 7545 olub. Martın 25-dən bu gün səhər saatlarına qədər isə 3656 avtomobil Bakı istiqamətinə geri qaytarılıb”.
Oxşar xəbərlər
Bakı, Sumqayıt şəhərləri və Abşerona avtomobillərin giriş və çıxışı məhdudlaşdırıldı - RƏSMİ
Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkət...