Karantinin yumşaldılmasından sonra Bakı metrosu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq 1 aydan çox müddətdə faliyyətini dayandırmış Bakı metrosu mayın 9-dan yenidən sərnişinlərin istifadəsinə verildi. Ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var.
BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, səbəb bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır. Metropoliten əməkdaşları isə həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər.
Təəssüf ki, yenə də qaydalara əməl etməyib həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var.
Metropoliten sözçüsü Bəxtiyar Məmmədov bildirir ki, bəzi insanlar düşünür ki, metroya girdikdən sonra maskanı aşağı salmaq və ya çıxarmaq olar. Bu tamamilə yanlış düşüncədir :"Tibbi maskalar mütləq şəkildə düzgün istifadə edilməlidir. Maska ağız və burun boşluğunu tamamilə örtməlidir".Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...