“Karantin rejiminin uzadılması ilə bağlı qərarlar qəbul ediləcək” - Prezidentin köməkçisi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir:
“Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək. Hər bir hal kompleks şəkildə araşdırılır və sonra qərarlar qəbul edilir. Bu virusun vaksini tapılmayana qədər potensial risk davam edir. Proses onu göstərir ki, bir hər birimiz gündəlik həyatımızda davranışlarımızda dəyişiklik etməyə məcburuq”.
Oxşar xəbərlər
Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...