Karantin rejimini pozan daha bir çayxana aşkarlandı

Karantin rejimini pozan daha bir çayxana aşkarlandı
Sosial 116

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi - İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər