Karantin rejimi uzadılsa, Bakı metrosu açılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.
Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:
“Amma Bakı metrosu sərnişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq”.
Oxşar xəbərlər
Sərt karantin günləri başlayır - Əhalini hansı çətinliklər gözləyir?
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərarını açıqlayıb. BAKU.WS xəbər verir k...