Karantin rejimi dövründə ev heyvanlarını gəzdirməyə icazə verilirmi?
Yeniliklərdən dərhal xəbərdar olun
"İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun surəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən "report"a (DİN) bildirilib.
Nazirlik hazırda ölkənin digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qaytarılmalarına icazə verilməsi məsələsinə də aydınlıq gətirib:
"Respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər".
Xüsusi karantin rejimi dövründə ev heyvanlarını gəzdirmək üçün icazənin necə alınmasına gəlincə, DİN-dən bildirilib ki, ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsi ilə icazəsi olan şəxslər 2 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.
Oxşar xəbərlər
Bu gündən evdən çıxmaq istəyənlər 8103 nömrəsinə SMS göndərməlidir
Bu gündən Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçiriləcək. BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbu...