Karantin günlərində Bakıda görülən işlər - FOTO

Karantin günlərində Bakıda görülən işlər - FOTO
Foto
Sosial 402

Bakı şəhərində koronovirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib.

Bildirilir ki, ötən il paytaxtın bütün rayonlarında yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları ilə yanaşı idarə, təşkilat, ictimai-iaşə və digər obyektlərin qarşısında həmin əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdır.

Hazırda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan bir çox təşkilat və obyektlərdə çalışanların evdə qalmaları səbəbindən bu yaşıl guşələr qulluqdan kənarda qalmışlar.

Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları Bakı Şəhər və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə gündəlik qulluq göstərir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır.

Əlavə olaraq yaşıllıq guşələrində yeni mövsümi güllər əkilir, kollar budanır, qaydaya salınır.

Kommunal xidmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər