Kamran Əliyev Bakıda evakuatorun lomla apardığı "Mercedes"dən danışdı (VİDEO)
Bu gün Bakıda evakuatorla aparılan "Mercedes" markalı avtomobilin təkərinin linglə döndərilməsi müzakirələrə səbəb olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən paytaxtın mərkəzi küçələrindən birində baş verib. Şahidlərin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini Salatın Əsgərova küçəsi ilə cərimə meydançasına apararkən hər döngədə, avtomaşının diskinin əyilmə təhlükəsinə baxmayaraq, təkərlərini linglə döndərib.
Lakin bu gün həmin avtomobilin sürücüsü Şamil Emçiyev Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayaraq maraqlı məlumatlar verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, "Mercedes" markalı, 90 XC 699 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şamil Emçiyev ona zəng edib: "Mənə bildirdi ki, avtomobilinin videosu yayılıb və düzgün olmayan informasiya verilib. Əslində avtomobil həmin vaxt cərimə meydançasına yox, servisə aparılırmış. Avtomobildə texniki nasazlıq yarandığı üçün yolda qalıb. O da evakuator çağıraraq maşının təmir yerinə aparırmış. Görüntülər də həmin vaxt çəkilib".
BAKU.WS
Oxşar xəbərlər
Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi – VİDEO
Fevralın 14-də Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü qeyri-adi hərəkət edib. Baş verənlər isə Avtosfer.az-ın kamerasına tuş gəlib....