Kamran Əliyev vəzifəsindən azad edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə buraxılıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub. Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. Onun 60 yaşı tamam olub.
Oxşar xəbərlər
29-30 iyulda 20 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. BAKU.WS DİM-ə istinadən xəbər verir ki,...