Jirinovski COVID-19-a yoluxmasını iki həftə hamıdan gizlədib
Yeniliklərdən dərhal xəbərdar olun
Koronovirusa yoluxan və hazırda ağır vəziyyətdə olan Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski barədə yeni xəbərlər dərc olunmaqdadır.
Belə ki, siyasətçinin yaxın ətrafından Rusiya KİV-lərinə sızdırılan informasiyada qeyd olunur ki, əslində 75 yaşlı Jirinovski iki həftədir koronavirusa yoluxub, lakin o bunu ətrafından gizlətməyə çalışıb.
V.Jirinovski hesab edib ki, o bununla peyvənd tərəfdarı olan şəxslərdə şübhələrə yol aça bilər.
Xatırladaq ki, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ötən gün paytaxt Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70% zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu bildirib.
Oxşar xəbərlər
COVID-19 və qrip vaksini eyni vaxtda vurulacaq?
Azərbaycanda son günlər koronavirusa yoluxma sayında azalmalar olsa da, ölüm sayı yenə də çoxluq təşkil edir. Yazını hazırladığımız zaman açıqlanan statistik mə...