Azərbaycana yaz fəsli daxil olub
20
mar
2025
13:55
Bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli daxil olub.
BAKU.WS xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.
Oxşar xəbərlər
Bir ayda 330 axtarışda olan şəxs saxlanıldı, 105 kiloqram narkotik ələ keçirildi
İyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, onların...