İTS dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək
Dərman vasitələri üzrə şərti kompensasiya məbləğinin hesablanma mexanizmi açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də çıxışında deyib.
Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti kompensasiya məbləği ekvivalent dərman vasitələri arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyən ediləcək.
Elmin Quliyev bildirib ki, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək.
Şərti kompensasiya məbləğinin 100%-i Agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır.
Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN.
Modelə əsasən 12 AZN şərti kompensasiya məbləği təyin edilir və Agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir.
Oxşar xəbərlər
Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. Deputat izah edi...