İtkin-şəhid Mikayıl Əliyevin nəşinin qalıqları dəfn edilib
31
okt
2025
12:44
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Mikayıl Atababa oğlu Əliyev ilə vida mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, onun qalıqları Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Mərasimdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab olunurdu.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
"Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur". Bunu BAKU.WS-ə açıqlamasında AQC...