İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? - Usta diqqəti əsas məqama yönəldir

Tez-tez olmasa da, nasazlıq səbəbi ilə yollarda qalan avtomobillərə rast gəlinir.
Hətta bununla bağlı təhlükəsiz şəhər kameralarına düşən görüntülər də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paylaşılır.
Bəs havalar isinən kimi hərəkətdə olan avtomobildə texniki nasazlıq niyə yaranır?
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, usta Pərviz İsmayılov bildirib ki, isti havalarda avtomobillərin yolda qalması yanacaq nasosu problemi ilə bağlıdır. Amma bu detal sıradan çıxmazdan əvvəl bir neçə əlamətlə özünü büruzə verir.
Belə vəziyyətdə avtomobilin mühərriki qəfil sönə bilər. Bu isə həm təhlükəli, həm də baha başa gələ biləcək sonluqla nəticələnir. Usta deyir ki, adətən belə hal ən çox da stabil sürətlə uzaq yola çıxanda baş verir.
Ustanın sözlərinə görə, nisbətən ili köhnə olan avtomobillərin sürücüləri mütəmadi olaraq nasosun təzyiqini yoxlatmalı və yanacaq filtrini vaxtında dəyişməklə bu problemin qarşısını ala bilərlər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Zaur Mehdiyev: "Təyyarədə halı pisləşən zəvvar reanimasiyaya yerləşdirilib"
"Təyyarədə halı pisləşən Tural Mehdiyevə həkim tərəfindən ilkin tibbi yardım göstərildi, daha sonra eniş qərarı verildi". BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a...
