İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Qeyd edilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar rayon sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub.
Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...