İsraildə saxlanılan 3 türk millət vəkili Azərbaycana yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin saxladığı üç türk millət vəkili Türkiyəyə qayıtmaq məqsədilə artıq Azərbaycana doğru təyyarə ilə yola salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli şəxsi "X" hesabında paylaşıb.
"İsrail tərəfindən saxlanılan üç millət vəkilimiz artıq Azərbaycana doğru yoldadır və oradan Türkiyəyə dönəcəklər. Digər vətəndaşlarımızın sabah xüsusi reyslə ölkəyə qayıtması üçün də işlərimizi davam etdiririk.
Əgər bu uçuş uğurla baş tutarsa, həmin marşrut üzrə üçüncü ölkə vətəndaşlarının da təxliyəsi planlaşdırılır", - deyə nazirlik rəsmisi bildirib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...