İsmayıllıda sirli partlayış səsləri eşidildi

İsmayıllının Lahıc kəndində "Diz Əli" adlanan ərazidə və Fit qalasının yaxınlığında sirli partlayış səsləri eşidildiyi iddia edilib.
Bu hadisə bölgədə yaşayanların diqqətini çəkib. Dediklərinə görə, ərazidə gizli qazıntı aparılıb.
"Ayın 7-də Niyalda dörd partlayış oldu. Məlumata görə, guya Cavanşirin xəzinəsi qalıb, onu axtarırlar. Daha 2 partlayış da baş verdi. Gedib gördüm ki, hər yeri dağıdıblar. Bizim abidəni dağıtmağa heç kimin haqqı yoxdur", - hadisə şahidi söyləyib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsindən Mücü kəndi istiqamətində 5-6 kilometr məsafədə dağlıq relyefdə yerləşən Niyal qalası Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:
"Müraciətinizə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.
Qeyd olunan qanun pozuntusu barədə Dövlət Xidmətinə məlumat daxil olmuş və dərhal məsələnin araşdırılması üçün aidiyyəti üzrə müraciət olunub. Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq aparılır. İstintaq işləri başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxunub
Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkət...
